Maraqlı

Yeni körpələr artıq "ana" kəlməsi ilə dil açmırlar

2 Avqust 2014 00:30
0 Şərh     Baxış: 2 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İngiltərədə yeni dil açan körpələrin 10%-i ilk olaraq "ana" sözü deyil, "planşet" sözü işlədirlər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumat iyul ayı ərzində İngiltərədə keçirilmiş sorğu əsasında ortaya çıxıb. Britaniyalılara sual edilib ki, planşet ailədə nə dərəcədə mühüm rol oynayır.

Maraqlısı budur ki, insanların çoxu heç düşünmədən bu qacetin lazımlı olduğunu deyiblər. Ailələrin 12%-i isə planşeti oyuncaq kimi 2 yaşına çatmamış körpələrə verdiklərini bildiriblər. Uşaqların elektron oyuncağa marağı o qədər böyükdür ki, analarının əvəzinə planşet seçiblər.

Böyüklər etiraf edirlər ki, planşetlər əksər hallarda körpələrin ucbatından xarab olur. Respondentlərin 81%-i qeyd edib ki, uşaqlar planşeti xarab edirlər. Yeni planşet almaq valideyinlər üçün daha rahatdır, nəinki uşağa planşet qadağası qoymaq.

İngiltərədə 12 yaşlı uşaqların smartfon, notbuk, planşet kimi qacetləri var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.