Maraqlı

Məşhur türk müğənni ölümdən döndü

22 Yanvar 2014 12:45
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ən məşhur müğənnilərindən biri Halil Sezai Avstriyada verdiyi konsertdən sonra yata bilməyib. Yuxu dərmanı içərək rahatlanmaq istəyən müğənni preparatdan zəhərlənib və dərhal xəstəxanaya aparılıb.


Milli.Az AHT-yə istinadən bildirir ki, İstanbulda ötən şənbə verdiyi konsertdən sonra studiyada çalışan Sezai yatmadan Vyanaya yollanmışdı.

Təyyarədən düşəndən sonra Vyana küçələrəini dolaşan, fotolar çəkən Halil Sezai dincəlməyib.


Yerli vaxtla 21.00-da başlayan və 2 saat davam edən konsertdən sonra müğənni nə qədər çalışsa da, yata bilməyib.

Səhər saatlarında onun köməkçisi otağa girəndə Halil Sezaini əlləri və üzü şişmiş vəziyyətdə görüb.


Həkimlərin dediklərinə görə, müğənni dərmandan zəhərlənib.


Halil Sezai müalicədən sonra Türkiyəyə qayıdıb.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.