Dünya

"Bu, ABŞ-la Avropa arasında uçurum yaratdı"

6 Mart 2025 09:51
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadakı münaqişəyə yanaşmalardakı fərqliliklər ABŞ və onun əsas avropalı müttəfiqləri arasında münasibətlərdə strateji uçuruma gətirib çıxarıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdən öncə bildirib.

"Prezident Donald Trampın dövründə Avropanın əksər hissəsi ilə ABŞ arasında strateji uçurum, transatlantik çatlar var. Bir tərəf Ukraynada müharibəni davam etdirməkdə israr edir, digəri isə münaqişəni dayandırmağa çalışır. Macarıstan sülhə qəti sadiq qalır", - Orban vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.