Günün qoroskopu: ən müxtəlif insanlarla dil tapmağa çalışın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - üstün cəhətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirin. Birmənalı qarşılanmamaq təhlükəsindən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizə şübhə ilə yanaşmayacaqlar. Alış-veriş üçün əlverişli gündür.
Buğa - təhsil, tədris, bilgi və informasiyanın əldə olunmasında nailiyyətlər əldə oluna bilər. Ən müxtəlif insanlarla dil tapmağa çalışın. Münaqişələri yatırın, müttəfiq qazanın. Yeni işə, sifarişin yerinə yetirilməsinə, fərqli istiqamətdə çalışmağa başlamaq olar.
Əkizlər - kiçik uğurlara rəğmən, gün xoşagələn məcrada deyil. Düşmən və bədxahlarınızı olduqlarından zəif qiymətləndirməyin. Sadəlövh olmayın, yalan təriflərə və yaltaqlara inanmayın. Maliyyə itkiləri ola bilər. İşdə ciddi problemin yaranması istisna deyil.
Xərçəng - İşə başdansovdu yanaşmayın, qeyri-ciddi insanlarla ümumi iş görməyə çalışmayın. Belə insanlarla ünsiyyət zahirən asan və xoş ola bilər. Lakin ciddi nəticələrə əsla bel bağlamayın.
Şir - gün uğursuz başlanır, ciddi problemlər yaşanır. Ruhdan düşməyin, irəliyə doğru hərəkətdə fasilə yaratmayın. Özünüzə inamınızı itirməyin. Çətinliklər qarşısında təslim olmayın. İlk dəfədən nə isə alınmasa, yenidən o işi görün, təkrarlayın.
Qız - bədxahlarınız düşündüyünüzdən də qüvvətli çıxarsa, onlara doğru irəliləyin. Ənənəvi, adət etdiyiniz metodlarla məqsədə çatacağınızı düşünməyin. Romantik münasibtlərə başlamaq üçün uğurlu gün deyil. İşdə emosiyaları cilovlayın, təmkinli və səbrli davranın. Təsadüfi tanışlıqların heç bir perspektivi yoxdur. Sizi yanlış anlaya bilərlər.
Tərəzi - böyük qələbələr əldə etməyin çətinliyini dərk edirsiniz. İntuisiyanız sizi aldatmır. Lakin hər şeyin asan və rahatlıqla alınacağını düşünməyin. Bir qədər çalışmaq, səy göstərmək, qətiyyət nümayiş etdirmək gərəkdir.
Əqrəb - bilik və bacarıqlarınızdan tam istifadə edin, məqsədə çatmaq üçün imkanınız çatan bütün vasitələrdən yararlanın. Eyni vaxtda bir neçə istiqamətdə çalışmayın. Bir yönü, bir hədəfi seçin və irəliləyin. Prioritetləri müəyyənləşdirin, seçimə uyğun hərəkət edin.
Oxatan - uğur üçün mübarizə aparmaq gərəkdir. Rəqib və ya bədxahınız güclüdür. Geri çəkilməyin, ruhdan düşməyin. Qələbə şansları az deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və ya yaxşı məsləhət gözləməyin.
Oğlaq - bu günün sınağından təkbaşına, müstəqil şəkildə keçməlisiniz. İşdə münaqişə istisna deyil. Fikrinizi elə sərt deyirsiniz ki, hətta ən mülayim və sakit təbiətli insanların səbr kasası daşır. Yaxınlarınızla mümkün qədər həssas, zərif və səmimi davranın. Şəxsi münasibətlər müstəvisində gərginlik yaratmayın.
Dolça - çətin gündür. Problemlərdan qaçmağa çalışsanız da, onlar sizi haqlayacaq və həll tələb edəcəklər. Yaxın ətrafınızdakı insanlardan yardım gözləməyə dəyməz və bunu əla anlayırısınız. Hər kəs yalnız öz maraqlarını təmin etməyə çalışır.
Balıqlar - rəhbərliklə xoşagəlməz söhbət olacaq. İşgüzar tərəfdaşların sizə qarşı ciddi iradları ola bilər. Unutmayın ki, qətiyyətli və ciddi işlər görməzdən əvvəl yaranmış situasiyanı dəqiq dəyərləndirmək gərəkdir. Qəfil anlayışlara bel bağlamayın. Necə hərəkət etmək gərəkdiyini yalnız məntiq və sağlam düşüncə deyəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Günün qoroskopu: Səyahət etmək istəyiniz bugün artacaq
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
Ən çox kolleksiya yaratmağa meyilli 4 bürc: Yığmağı sevənlər
-
Günün qoroskopu: Daxili gücünüzə və intuisiyanıza güvənin
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
XƏBƏR LENTİ
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
-
"İsrail üçün ən yaxşı prezident mən olmuşam"
-
Xalq artisti Elçin Haşımovun qızı məzun oldu (Foto)
-
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq
-
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Akademik Milli Dram Teatrı teatr mövsümünə yekun vurub (Foto)
-
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib (Foto)
-
Salyanda ağır qəza, sürücü yaralanıb (Foto)
-
"Mahnıya görə 100 min istədilər" - Vasif Məhərrəmli danışdı
-
“Fənərbaxça” Natan Akeni transfer edib
-
Cəlilabadda qaz olmayacaq





