Qoroskop

Günün qoroskopu: müsbət emosiyalar çox olacaq

29 May 2016 00:01
110 Şərh     Baxış: 9 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Praktiki məsələlərin həlli üçün münasib gündür, eksperimentlərdən çəkinmək, cari işlərlə məşğul olmaq daha məsləhətlidir. Həm şəxsi, həm işgüzar məsələlərdə köhnə dostlarınıza etibar edin.  
Alış-veriş etmək, əyləncəyə və yalnız əhvalı yüksəltmək üçün nəzərdə tutulan əşyalara pul xərcləmək olar. Həm flirt, həm də ciddi eşq macərası boş bir şeydən başlaya bilər, münasibətlərin inkişafı isə ildırım sürətli olacaq.  

Buğa - gözləmədyiniz yerdən pul ala bilərsiniz. Bəxti gətirən Buğalar ev problemini həll edə, yaxud hansısa bahalı əmlak sahibi ola bilərlər. Mağazaları gəzə bilərsiniz. Evinizin yaxınlığında deyil, bir qədər uzaq rayonlarda edəcəyiniz alış-veriş daha uğurlu olacaq.

Əkizlər - köçmək, şəraiti dəyişmək məsləhət deyil. Öyrəşdiyiniz şəraitdə özünüzü daha rahat hiss edirsiniz. Şəxsi problemlərin həlli üçün yaxşı gündür, sevdiyiniz şəxslə uzun müddət aranızda fikir ayrılıqları vardısa, bu gün onları asanlıqla aradan qaldıra bilərsiniz.

Xərçəng - yaxınlarınızla ümumi dil tapmaq həmişə asan olmur. Ancaq mübahisə etməyə də ərinirsiniz, bu səbəbdən münasibətlərdə sülhü qoruyub saxlamaq olur. Bəzi ailəvi planları təxirə salmaq lazım gəlsə də, kimsə bundan şikayət etməyəcək.

Şir - adi, maraqsız gündür. Vacib heç nə baş vermir, elə siz də işlərdən, macəralardan çəkinirsiniz, daha çox tənbəlliyə meyllisiniz. Bu, özlüyündə pis deyil, amma nəzərə alın ki, rəqibləriniz bu vəziyyətdən öz xeyirlərinə istifadə edə bilərlər.

Qız - elə bir dəyişiklik gətirməsə də, bu gün qarşınızda yeni imkanlar açır. Hər şey sizin bu imkanlardan yararlana bilib-bilməyəcəyinizdən asılıdır. İşdə təşəbbüskar olun. Danışıqlarda sərt mövqe tutun, sizin üçün prinsipial cəhətdən vacib olan hər şeyə nail ola bilərsiniz. 

Tərəzi - işləmək istəmirsiniz, bu səbəbdən işləriniz də axsayır, heç bir nəticə də əldə etmirsiniz. Yalnız bir qrup Tərəzilər təşəbbüskarlıq edərək bütün planlarını gerçsəkləşdirə biləcəklər. Hətta bədxahları da onların işlərinə pəl vura bilməyəcəklər.
Maliyyə vəziyyətiniz yaxşıdır.

Əqrəb - Pul xərcləməyiniz məsləhət deyil. Xüsusilə əyləncələrə, gəzintilərə və bu kimi işlərə pul verməyə dəyməz. Yeni eşq macərasının başlanması mümkündür, amma o, sizə sevinc gətirmək əvəzinə, qayğılarınızı artıracaq. Enerjiniz azdır, yorğunluğunuz səhhətinizə pis təsir edə bilər.

Oxatan - Möhtəşəm və mürəkkəb layihənin həllinə girişməyin, yaxşı olar ki, əziyyətsiz yola verməyə alışdığınız işlərlə məşğul olasınız. Sizdə təşəbbüskarlıq çatmır, bu səbəbdən bir çox planlarınızın gerçəkləşdirilməsi qeyri-müəyyən bir vaxta qədər təxirə düşə bilər. Yeri gəlmişkən, belə olmağı daha yaxşıdır, tezliklə özünüz də əmin olacaqsınız.

Oğlaq - müsbət tendensiyaların güclü təsiri nəticəsində gün hərtərəfli uğurlu və qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstəlik, sizə kömək edəcək insanları da tez tapırsınız. Müştərək və təşkilati işlərin həlli üçün münasib gündür. Rəhbər Oğlaqlar yeni, əla işçilər tapacaqlar.

Dolça - Müsbət emosiyalar çoxluq təşkil edəcək, əhvalınız əla olacaq, bir dəqiqə də olsun, mənəvi rahatlığınızı itirməyəcəksiniz. Bu gün çox cazibədarsınız, bu səbəbdən yeni tanışlarınızın sayı artacaq.

Balıqlar - özləri üçün iş və əyləncə tapmaqda çətinlik çəkməyən Balıqlar üçün uğurlu gün olacaq. Digərləri isə uğursuz günlərin ardından nəhayət ki, dincələ, qüvvələrini bərpa edə bilərlər. Amma ciddi nəticələr gözləməsinlər.
Həm irimiqyaslı planlar fikirləşmək, həm də onları həyata keçirmək olar. İdeyalarınız pis deyil, onlardan ən yaxşısını seçin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.