Sağlamlıq

Ətirli şamlar haqqında qorxunc İDDİA: DİQQƏTLİ OLUN!

11 Yanvar 2017 22:40
4 Şərh     Baxış: 3 912

Hər kəsin evində istifadə etdiyi ətirli şamlar haqqında qorxunc fakt üzə çıxıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, evdə dekorativ məqsədlə istifadə etdiyimiz ətirli şamlar azyaşlı uşaqların sağlamlığı üçün xüsusilə təhlükəlidir. Belə ki, Amerikanın Nyu Cersi ştatında yaşayan Megan Budden evində xoş atmosfer yaratmaq üçün ətirli şamlar yandırıb. Şamlar uzun müddət yanıq qalıb. Lakin qadın ertəsi gün körpəsinin burnunu təmizləyən qorxunc mənzərəylə qarşılaşıb. Körpənin burnunun içində kiçik qara nöqtələr əmələ gəldiyini görən gənc ana dərhal şamları götürüb üzərində yazan xəbərdarlıqları oxumağa başlayıb. Məlum olub ki, şamları 3 saatdan çox yandırmaq olmaz.

Aparılan tədqiqatlardan sonra körpənin burnundakı qara nöqtələrin yaranmasına şamların səbəb olduğu müəyyənləşdirilib. Erkən müdaxilə sayəsində uşağın səhhəti yaxşılaşıb. Bununla belə həkimlər Megan Buddenə ətirli şamlar haqqında ciddi xəbərdarlıqlar edib.

Xüsusilə portağal və limon ətirli şamlar ozonla təmas etdikdə formaldehtlər çıxır. Uzun müddət formaldehitə məruz qalmaq isə xərçəng riskini artırır.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    zakon · 11 Yanvar 22:5020

    Adi şam yandiranda evdən his iyi gəlir o ki qalmışdı adı ətirli amma zəhərli olan şamlar.

    Cavab yaz
  • Anonim
    MS · 12 Yanvar 00:2010

    Ətirli şam qoyası,pəncərəni açsınlar...

    Cavab yaz
  • Anonim
    Aysel · 12 Yanvar 02:1310

    Evde xosh atmosfer yaratmaq ucun evi tez tez havalandirmaq lazimdi.Korpe ushaq olan evde el ehsus.

    Cavab yaz
  • Anonim
    Sss · 12 Yanvar 04:0300

    Das basina usagin yaninda sam yandirarlar sonrada ozlerini savadli sanirlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.