Bakıda "İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi" mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir. Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və qrant layihəsi əsasında gerçəkləşib.
Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq son illər ölkədə dövlətin əsas prioritetləri sırasında gənclər siyasətinin xüsusi önəm daşıdığını vurğulayıb. Onun sözlərinə görə, informasiya müharibəsi Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib detallardan biridir və son illər Azərbaycan bu istiqamətdə müdafiədən hücum siyasətinə keçib. E.Babayev qeyd edib ki, Fondun növbəti "Mobillik qrantı" müsabiqələrindən biri məhz xarici ölkələrin arxivlərində Qarabağın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycandan olan alimlərin işləməsi üçün qrantların ayrılmasına həsr olunacaq. O, gənc alimləri bu məsələdə də fəal olmağa çağırıb.
Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanla yanaşı, İtaliya, Türkiyə və Qırğızıstandan gənc alimlər iştirak edirlər.
Beynəlxalq konfransın açılışında "İnformasiya cəmiyyətinin dərk olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki yanaşmalar və böyük məlumatların təhlil olunması", "İnformasiya əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması", "İnformasiya cəmiyyətinin mürəkkəbliyi" , "İnformasiya müdafiə və hücum vasitəsi kimi" mövzularında plenar məruzələr dinlənilib.
Konfrans seksiyalarla iki gün davam edəcək. Tədbirə elmi-təşkilati dəstəyi Bakı Avrasiya Universiteti göstərir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Elm
Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir - FOTO
27 Noyabr 2014 15:41
Baxış: 1 644
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Taksi sürücüləri sərnişinləri harada düşürüb – mindirə bilər? - VİDEO
- İndi kişi falçılar daha çoxdur: “Cadu üçün kilolarla qızıl alırlar" - araşdırma
- "Özünə hörmət edən sənətkar efirə çıxmır"
- Həftəsonu evdə görəcəyiniz 3 maraqlı İŞ
- Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Messinin arvadından maraqlı FOTOlar
- Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
- Aysel Balidə dekolteli geyimdə FOTOlarını paylaşdı
- Qışda əllərin dərisini qorumaq üçün nə etmək lazımdır?
- Əməkdar artist vəfat edən anasını paylaşıb bunları yazdı - FOTO
- Berbok boşanır
- Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
- Paşinyan onları istefaya çağırdı
- “Ərim mənə bacı deyirdi” - məşhur aktrisa - FOTO
- Paşinyan: Bu tarixədək Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm
- Efirdə müğənniyə sevgi etirafı etdi - VİDEO
- Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin
- Faraya "plyonka" çəkənlərin nəzərinə!
- Təmirə bağlanan "Ukrayna dairəsi"ndə hansı yeniliklər olacaq? - VİDEO
- Diplomat olduğunu deyən azərbaycanlı saxlanıldı - maşınından 70 kq qızıl çıxdı
- Netanyahu Britaniyaya daxil olarsa həbs olunacaq
- COP-un dəqiq bitəcəyi vaxt açıqlandı
- Müğənni 3+3-ün cavabını bilməsə olar - Əməkdar artist
- “Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” - VİDEO