İqtisadiyyat

Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa yeni logistika məhsulu yaradır

19 İyun 2017 13:19
Baxış: 410

""Cənub-Qərb" dəhlizi layihəsi üzrə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşanın birgə işinin məqsədi yeni cəlbedici logistika məhsulunun yaradılmasıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda beş ölkənin dəmir yolu qurumlarının rəhbərlərinin görüşündə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu dəhlizə Hindistan, Pakistan, Cənub-Şərqi Asiya və Fars körfəzi regionları daxil olacaq.

C.Qurbanov qeyd edib ki, bu marşrut boyunca əsas məntəqələr Hindistanda Mumbay, İranda Bəndər-Abbas, Azərbaycanda Astara, Gürcüstanda Poti və Batumi, Ukraynada Çernomorsk və İzov, Polşada Slavkov olacaq:

"Dəhlizin ümumi uzunluğu 7 654 kilometrdir. Hindistandan Avropaya illik yük daşıma həcmi 72 milyon ton təşkil edir. Dəniz yolu ilə bu məsafə 40 günə bərabərdir, amma "Cənub-Qərb" dəhlizi vasitəsilə bu müddət 15 gün təşkil edəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.