İqtisadiyyat

"SABAH" tələbələrinin sabahı üçün

13 Fevral 2017 12:00
Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyində "SABAH" qrupları Karyera Akademiyasının təqdimat mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, "SABAH" qrupları layihəsinin əməkdaşları, akademiyanın rəsmi tərəfdaşlarından olan Azər Türk Bankın rəhbərliyi də iştirak etmişlər.

Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. Layihə sonuncu kursda təhsil alan "SABAH" qrupu tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. Qeyd edilmişdir ki, ötən tədris ilindən başlayaraq 44 ixtisas üzrə 600 nəfərə yaxın SABAH tələbəsinin 38 dövlət və özəl strukturda təcrübə keçdiyini deyib.

Azər Türk Bank ilə Təhsil Nazirliyi arasında əldə olunan razılığa əsasən maliyyə ixtisası üzrə təhsil alan  SABAH tələbələrinin bir qrupu Bankın müxtəlif strukturlarında təcrübə keçəcək, bank işinin incəliklərini öyrənəcəklər.

Qeyd etmək lazımdır ki, Azər Türk Bank gənc nəslin inkişafına öz töhfəsini əsirgəməyən təşkilatlardandır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.