İqtisadiyyat

Bu şəxslər 7 il müddətinə vergidən azad olunurlar

29 May 2016 00:03
0 Şərh     Baxış: 4 829
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən investisiya təşviqi sənədi alan fəaliyyət sahələrinə yeni vergi güzəştləri nəzərdə tutulub.

Milli.Az Vergiler.az saytına istinadla bildirir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, investisiya təşviqi sənədi əldə edən şəxslərin mənfəətinin 50 faizi 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad olunur.

Həmçinin sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının 7 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə torpaq vergisi ödəməkdən azad ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.