İqtisadiyyat

Bankomatlarda 1 manat problemi - VİDEO

28 May 2016 21:24
0 Şərh     Baxış: 2 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi  banklar bankomatlarına 1 manatlıq əskinaslar qoymur. Nəticədə vətəndaşın pulunun müəyyən hissəsi bankomatda qalır. Beləliklə,  4 manatdan aşağı olan məbləğləri aylarla kartdan çıxarmaq mümkün olmur.

Bank eksperti bildirir ki, ''kassa əməliyyatları və qiymətlərin daşınması'' ilə bağlı Mərkəzi Bankın  təsdiq etdiyi müvafiq qaydalar var. Həmin qaydalara əsasən banklar öz bankomatlarını mütəmadi olaraq manatlıqlar və digər yuxarı məbləğdə olan əskinaslarla təmin etməlidir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hər hansı bir bank əgər heç vaxt və ya aylarla öz bankomatlarına 1 manatlıq  əskinaslar  yükləmirsə, vətəndaş bankdan müvafiq dövlət orqanlarına şikayət edə bilər.

Digər bir çıxış yolu isə odur ki, vətəndaşlar həmin pullarla onlayn qaydada müəyyən ehtiyaclarını ödəyə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bankomatlarda 1 manat problemi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.