İqtisadiyyat

Maaşı az olanlar da kredit ala biləcək - VİDEO

28 May 2016 21:21
0 Şərh     Baxış: 2 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda istehlak kreditləri yeni qaydalar əsasında veriləcək. Artıq banklar müştərilərə ölkə üzrə yaşayış minimumunu nəzərə  alaraq kredit verəcəklər.

Bununla da aylıq gəliri 136 manatdan, yəni yaşayış minimumundan yuxarı olan və himayəsində hər hansı bir şəxs olmayanlara da kredit veriləcək. Yeni qaydaların tətbiqini Azərbaycan Banklar Assosasiyası da təsdiqləyib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yeni qaydalara görə, müştərilərin kredit üzrə aylıq ödənişləri xalis gəlirləri nəzərə alınaraq müəyyən ediləcək. Belə ki, aylıq gəliri yaşayış minimumunun 3 mislindən artıq olanların kredit üzrə aylıq ödənişləri gəlirlərinin 50%-dən artıq olmamalıdır.

İqtisadçı ekspert Ruslan Atakişiyevin sözlərinə görə, aylıq gəliri 408 manatdan, yəni yaşayış minimumunun 3 mislindən aşağı olan şəxslərin isə kredit üzrə aylıq ödənişləri onun gəlirinin 40%-dən çox olmamalıdır.

Ekspert deyir ki, yeni qaydaların tətbiqi ilə düşünülmədən götürülən kreditlərin qarşısı alınacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Maaşı az olanlar da kredit ala biləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.