İqtisadiyyat

Xəzərdəki problemlər açıqlandı

23 Noyabr 2014 09:02
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Üzən qazma qurğularının çatışmazlığı Xəzərdəki işlər üçün çətinlik yaradır". Trend xəbər verir ki, bunu Bakıda "Neft-qaz həftəsi - 2014" konfransında Fransanın "Total" şirkətinin inkişaf üzrə meneceri Erik Mayer bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın "Abşeron" qaz-kondensat yatağının operatoru olan "Total" qazma qurğularının olmaması probleminin həllinin müxtəlif variantlarını nəzərdən keçirir.


E.Mayerin fikrincə, Xəzərdə digər problem onun akvatoriyasına iri gəmilərin daxil olması və Volqa-Don kanalına keçidlə bağlı çətinlikdir.

Menecer bildirib ki, bütün bunların hamısı nəticədə bazarda çoxlu sayda podratçı şirkətlərin iştirak imkanlarını əngəlləyir ki, bu da o cümlədən "Total"ın iştirakı ilə reallaşdırılan iri layihələrin dəyərinə təsir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.