İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda benzinin qiyməti dəyişdi - YENİLƏNİB - RƏSMİ AÇIQLAMA
2 Aprel 2014 14:23
45 Şərh
Baxış: 29 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:23
Azərbaycanın Tarif (qiymət) Şurası ölkədə bəzi benzin markalarının qiymətinin artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Şuradan Trend-ə bildiriblər ki, 2 dekabr 2013-cü il tarixindən sonra ölkə daxilində qiymətləri tənzimlənən avtomobil benzininin pərakəndə satış qiyməti dəyişdirilməyib. Belə ki, hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməmişdir.
Bununla belə, yüksək avrostandartlara cavab verən avtomobil benzininin daha aşağı qiymətlərlə ölkəyə idxalına şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 fevral 2014-cü il tarixli qərarları ilə idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15 faizdən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilmişdir.
Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin ("Premium Avro-95" və "Super Avro-98") nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır".
Qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində, demək olar ki, istifadə olunmur.
---------
10:05
Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb. Bu barədə çərşənbə günü Trend-ə ölkədə ən iri YDM operatorları olan ARDNŞ və "Azpetrol" şirkətlərindən bildirilib.
Digər benzin markalarının qiymətləri dəyişməz qalır.
Qeyd edək ki, AI-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir.
----------
09:45
Aİ-95 markalı benzin bu gündən 93 qəpiyə satılacaq.
"Qafqazinfo" Deyerler.org-a istinadən xəbər verir ki, bu gündən ölkədə benzinin qiymətində dəyişiklik olacaq. Məlumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək.
Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq.
Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib. Aİ-98 benzinin satıldığı satış məntəqələrində qiymət dəyişikliyi bu gündən qüvvəyə minib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Müğənni Çelik bazarda kisə satır - (Video)
-
Ordumuzun hərbçisi vəfat etdi
-
Qazın qiyməti ucuzlaşdı
-
Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı
-
FHN: Son bir həftədə 881 yanğın baş verib
-
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
-
Qızılın qiyməti yenidən yüksəldi
-
Türkiyəyə məxsus “GOLDEN LEO” Odessa yaxınlığında batdı
-
Neft qiymətləri kəskin ucuzlaşdı
-
Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
-
DÇ-2026 ilə gündəmə bomba kimi düşən Şakira Nyu-York küçələrində: "Dişləri sanki körpə uşaq dişləridir" - (Foto-Video)
-
Bakının iki qəsəbəsində qaz kəsiləcək
-
Rafael Ağayevdən vəfat edən atası ilə bağlı paylaşım
-
Bakıda tıxac yaranan küçə və prospektlər açıqlandı
-
Gəncə paxlavasının hazırlanma qaydası
-
Qarabağ mətbəxinin qədim yeməyi: Bağır-Beyin
-
Nektarini uzun müddət təzə saxlamağın yolu
-
Kartof qabığını atmayın: Ləkəni kökündən çıxarır
-
Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər
-
Asiyalı qadınlar bu üsulla istənməyən tüklərini azaldır
-
Bu bitki yağı bədəndə iltihabı azaldır
-
Yay salatı üçün yüngül sousun resepti
-
Aşpazların sirri: Pomidor sousunu belə ləzzətli edin
-
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır