İqtisadiyyat

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

9 Aprel 2025 10:35
Baxış: 2 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyvə-tərəvəzə kənd təsərrüfatı məhsullarına təlabat ilin bütün fəsillərində çox olur. Həkimlər də məsləhət bilir ki, xüsusilə məhsulun bol olduğu aylarda orqanizmdə vitamin deposunu yaratmaqda fayda var.

Bəs bazarda meyvələrin qiymətləri necədir?

Milli.Az xəbər verir ki, elə məhsullar var ki, mövsüm dəyişikliyi onların qiymətinə təsir etmir. Yaz gəldiyi üçün bir çox meyvələrin qiymətləri münasibdir. Amma nar və mandarin kimi meyvələr artıq tükəndiyi üçün nisbətən qiymət artımı müşahidə olunur. 

Satıcıların sözlərinə görə, qarpızın qiyməti bir kiloqramı 2 manat, bananın kiloqramı isə 3 manata, şaftalı, gavalı kimi meyvələrin bir kiloqramı 25-40 manat arası dəyişir.

"Sezona uyğun qiymətlər enir. Quba almaları 6-8 manat, portağal 5-6 manat olur. Mayın 15-dən sonra qiymətlər enəcəyi gözlənilir. Çiyələk 5-10, göyçə 60-100 manata təklif olunur. Alıcılar isə satıcılardan fərqli olaraq qiymətlərin baha olduğunu bildirirlər". 

Qeyd edək ki, bazara tək yerlilər yox, turistlər də axın edir. Onlara meyvə ilə yanaşı qiymətlər də cəlb edir. 

Satıcıların sözlərinə görə, havalar isindikcə qiymətlər daha da ucuzlaşacaq. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.