İdman

Mbappe üzr istədi

15 Aprel 2025 18:51
Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe üzr istəyib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun etdiyi kobud qayda pozuntusu olub. Mbappe ciddi zədə təhıükəsi yaşatdığı "Alaves"in oyunçusu Antonio Blankodan üzr istəyib.

Belə ki, futbolçu rəqibinin baldır nahiyəsinə zərbə vurub. Baş hakim əvvəlcə bu hərəkəti sarı vərəqə ilə cəzalandırsa da, VAR-a baxdıqdan sonra kartın rəngi qırmızıya dəyişib.

Kilian isə matçın final fitindən sonra Antonioya yaxınlaşaraq üzrxahlıq edib.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.