Mədəniyyət

Azərbaycanlı aktyora böyrək köçürülüb

11 Yanvar 2017 21:51
10 Şərh     Baxış: 6 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov əməliyyat olunub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirib.

Onun sözlərinə görə, aktyora Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülüb: 

"Əməliyyat uğurla başa çatdı, Rəhim Rəhimova böyrək köçürüldü. Həm aktyorun, həm də donorun vəziyyəti stabildir. Aktyorun vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən teatrın rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayıb, vəziyyətlə maraqlanıblar. Rəhim Rəhimova dəstək olan, daim maddi və mənəvi köməklik edən, onun səhhətini gündəmdə saxlayan həmkarlarımıza təşəkkür edirik".

Qeyd edək ki, R. Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.