Dünya

Türkiyə ilk dəfə NATO ölkəsinə "Bayraktar" PUA-ları satdı

17 May 2024 17:29
Baxış: 1 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ilk dəfə NATO ölkəsi olan Polşaya "Bayraktar-TB2" pilotsuz uçuş aparatları (PUA) satıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Türkiyənin 24 ədəd sözügedən texnikası artıq Polşa Müdafiə Nazirliyinə təslim edilib.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Gürgön bildirib ki, Ankara sözügedən sahədə artıq qlobal oyunçudur.

"Dost və qardaş ölkələrin ehtiyaclarını təmin edirik. PUA texnologiyasında dünyanın öndə olan üç ölkəsindən biriyik. "Baykar" bütün dünyanın diqqətində olan şirkətdir. Şirkətimizin bu uğuru ölkəmizin dünyadakı imicinə də müsbət təsir göstərir", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.