Mədəniyyət

Nizami Kino Mərkəzində yeni filmlərin premyeraları davam edir - FOTO

26 Avqust 2015 10:38
Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Kino Mərkəzində ABŞ-ın istehsalı olan "Fantastik dördlük", Almaniya, Belçika, Lüksenburq və İrlandiyanın "Vay... Nuh getdi!" və Türkiyənin "Deccal" filmlərinin nümayişi başlanıb.

Coşua Trankın ekranlaşdırdığı "Fantastik dördlük" filmi fantastika, döyüş və məcara janrındadır. Yaş həddi: 12+

Film, dörd gənc astronavtın kosmik enerjinin anomal dalğalarının tədqiqatını aparmaq ücün paralel dünyaya avantyur səyahətlərindən bəhs edir. Səyahətdən qayıtdıqdan sonra onlar özlərində superbacarıqlar kəşf edirlər və bu onların həyatını dəyişir...

Baş rolların ifaçıları Maylz Teller, Maykl B. Cordan, Keyt Mara, Ceymi Bell, Tobi Kebbel, Req E.Keti, Tim Bleyk Nelson, Coşua Montes, Den Kastellaneta, Ouen Cac və digər aktyorlardır.

Rejissorlar Tobi Qenkel və Şon MakKormakın cəkdikləri "Vay... Nuh getdi!" cizgi filmi komediya və məcara janrındadır. Yaş həddi 6+

Böyük tufan yaxınlaşır və Nuh yola düşmək üzrədir. Heyvanlar yerlərini tutmalıdır. Lakin bir coxları "feys-kontrolu" keçə bilməyib. İndi onlar taleyi aldadıb, yola düşən gəminin astanasına atlamalıdırlar...

Rollarda Dermot Meqennis, Kallum Maloni, Tara Flinn, Ava Konnolli, Pol Taylak, Alan Stenford, Eylin Miten, Karla Beker, Fransiska Freide, Patrik Fitssimons və başqaları çəkiliblər.

AF Media şirkəti növbəti qorxu və dəhşət janrında çəkilmiş "Dəccal" filmini təqdim edir. Kinolentin rejissoru Özgür Bakar ssenari müəllifləri Alper Kıvılcım və Özgür Bakardır. Yaş məhdudiyyəti:16+

Həyatının sıxıntılı vaxtlarını yaşayan Duygu xəstəxanadan çıxdıqdan sonra təsadüfən Nurdan adında sirli və o qədər də varlı qadınla tanış olur. Nurdanın maddi və mənəvi köməyini ehtiyacı olduğu üçün qəbul edən Duyğunun həyatı inanılmaz dərəcədə dəyişir. Ən yaxın rəfiqəsi Aslı da bu vəziyyətdən razıdır. Amma sonradan Duygunun yerləşdiyi qərib evdə qəribə hadisələr baş verməyə başlayır. Duygu bəlli olmayan səslər, kölgələr və kabuslar içində qaldıqca sağlıq halı daha da pisləşir. Digər tərəfdən də, xəstəxanada iki gənc qadını böyük sürprizlər gözləyir...

Rollarda Öznur Serçeler, Bulut Köpük, Duygu Paracıkoğlu, Sait Genay, Aysan Sümercan, Beril Atahan, Aykut Engin, Mahmut Göde və başqaları çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.