Mədəniyyət

Ramiz Novruz polis bölməsində üzr istədi

25 Avqust 2015 15:12
4 Şərh     Baxış: 3 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının aktyorları - xalq artistləri Ramiz Məlik Ramiz Novruz barışıblar.
Bu barədə report-a xalq artisti Ramiz Novruz məlumat verib. Onun sözlərinə görə, barışıq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində baş tutub: "Bu gün səhər Polis Bölməsində Ramiz Məlikdən üzr istədim. Barışdıq və Ramiz Məlik şikayət ərizəsini geri götürdü. Hazırda teatra gedirik. Bir azdan teatrda kollektivin qarşısında yenidən Ramiz Məlikdən üzr istəyəcəm.

O, məndən 12 yaş böyükdür. Ağsaqqaldır. Mən ona əl qaldırmışam. Əlim üzünə dəyib. Bilmədən olub. Əsəbi olmuşam".
Ramiz Məlik də sayta açıqlamasında Ramiz Novruzun dediklərini təsdiqləyib: "Mən böyüklük etdim. Onu bağışladım. Dəfələrlə üzr istədi. Polis bölməsində olduq və ərizəmi geri götürdüm. İndi teatra gedirəm. Saat 15:00-da kollektiv qarşısında məndən yenidən üzr istəyəcək. Barışdıq və söhbətin bitməsini istəyirəm".

Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının aktyorları arasında baş verən davaya münasibət bildirib.
Qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov report-a açıqlamasında deyib ki, son vaxtlar Akademik Milli Dram Teatrında yaranan bütün qalmaqallar və o cümlədən xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında baş verən qalmaqal nazirliyin diqqətindədir: "Sentyabrın əvvəlində teatr mövsümünün açılışı olacaq. Mövsümün açılışı ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi həm sonuncu, həm də bundan öncəki baş vermiş qalmaqallara yenidən baxacaq. Hadisələr araşdırılacaq, baş verənlər təhlil olunacaq".

Xatırladaq ki, avqustun 23-də Akademik Milli Dram Teatrının ilk iş günündə xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında dava olub. R.Məlik həmkarından polisə şikayət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.