Mədəniyyət

Xalq artisti: "Mənim oğlumu heç kəs pis yola çəkməyib"

22 Oktyabr 2014 19:25
3 Şərh     Baxış: 2 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Arif Quliyev həbsxanaya düşüb dünyasını dəyişən oğlundan danışıb
Milli.Az axşam.az-a istinadən bildirir ki, "5/5" verilişində qonaq olan aktyor "Övladınız həbsxanaya düşdü. Burada ailə tərbiyəsinin günahı oldu" sualına belə cavab verib:

"Övlad təsirə düşürsə, onun əməlini valideynə qoşmaq olmaz. Hər şey insanın özündən asılıdır. Bu, o demək deyil ki, bizim ailədə problem var. Adam öz dostunu, yaxınını tanımalıdır. Tanımırsansa, hərəkətinə, davranışına qiymət vermirsənsə, təsirə düşürsən. Mənim oğlumu heç kəs pis yola çəkməyib. O qayğı da, istək də görüb. Sadəcə, təsirə düşüb. Amma düşməməliydi. Niyə mənim atam, əmim, dayım olmaya-olmaya mən pis yola getmədim, amma o getdi?"

Qeyd edək ki, A.Quliyevin məhkumluq həyatı yaşayan oğlu Fərid Quliyev dünyasını dəyişib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.