Mədəniyyət

Azərbaycanlı aktrisa Türkiyənin ən yaxşısı oldu - FOTO

19 Oktyabr 2014 10:35
12 Şərh     Baxış: 7 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin Antalya şəhərində 51-ci Beynəlxalq "Qızıl Portağal" film festivalında mükafatlandırma mərasimi keçirilib.

Milli.Az anspress-ə istinadən bildirir ki, "Ən yaxşı film" nominasiyasında "Quzu" filmi qalib gəlib. "Ən yaxşı rejissor" mükafatını da bu filmin rejissoru Qutluğ Ataman qazanıb.

"Ən yaxşı aktrisa" adını isə Türkiyənin bir çox məşhur serial və filmlərində çəkilən azərbaycanlı aktrisa Nəzrin Cavadzadə almağa müvəffəq olub.

Yarışmada "ən yaxşı film" nominasiyasında qalib seçilən "Quzu" filminə 350 min türk lirəsi pul mükafatı verilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.