2011-ci il mart ayının 31-i xalq artisti, görkəmli musiqiçi Rafiq Babayevin anadan olmasının 75 ili tamam olacaq. Yubileylə bağlı sənətkarın ailəsi bir sıra layihələr hazırlayır. Bu barədə Milli.Az xəbər portalına Rafiq Babayevin qızı, musiqişünas Fərizə Babayeva məlumat verib.
Onun sözlərinə görə, yubiley ili çərçivəsində Rafiq Babayevin kompozisiyalarından ibarət yeni albom buraxılacaq. "Bundan əvvəl Rafiq Babayevin əsərlərinin yer aldığı bir neçə disk işıq üzü görüb. Onlardan ən möhtəşəmi 2008-ci ildə Heydər Əliyev Fondunun hazırladığı albomdur. İndi bu albom dünyanın bir çox ölkəsində var və istənilən caz həvəskarı onu əldə edə bilər." - deyə, Fərizə Babayevə əlavə edib.
Bundan başqa, layihələr sırasına Rafiq Babayevin indiyədək məlum olmayan əsərlərinin nota alınması da daxildir. "Rafiq Babayev əsərlərini heç vaxt nota almayıb. Vaxt məhdudiyyəti əsərləri nota köçürməyə imkan vermirdi. Onun əsərlərinin demək olar ki, böyük bir hissəsi yalnız audio şəkildə mövcuddur. Əsərlər nota salınacaq və kitab şəklində təqdim olunacaq. Əminəm ki, bu kitab cazı, ümumiyyətlə, Rafiq Babayev sənətini sevən insanlara, xüsusən də gənclərə əsərlərlə daha yaxından tanış olmaq imkanı yaradacaq".
Bundan başqa, Fərizə Babayevanın musiqişünas Rauf Fərhadovla birlikdə yazdığı "Rafiq Babayev mövzudan improzivəyə" kitabının Azərbaycan və İngilis dillərinə tərcüməsi nəzərdə tutulur. Qeyd edək ki, 2010-cu ildə rus dilində işıq üzü görən kitabda Rafiq Babayevin həyat və yaradıcılığı ilə yanaşı, Azrəbaycan cazının tarixi haqda məlumatlar yer alıb.
Günay
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xalq artisti Rafiq Babayevin 75 illik yubileyinə layihələr hazırlanır
10 Dekabr 2010 15:27
Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Lənkəran Dövlət Dram Teatrında “Gəlinlik paltarı” tamaşası təqdim olunub - FOTO
-
Sevda Rəhimovanın “ Ömür yollarının sədası” adlı müəllif konserti təqdim olunub - FOTO
-
Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO
-
MEMİM-in “Sənət dialoqu” layihəsi çərçivəsində ilk görüş keçirilib - FOTO
-
Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq
-
“Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Vüsalədən verilişlərin bağlanmasına reaksiya
-
İmsaka durmayanların səhhətində bu risklər yaranır
-
İrəm Derici nişanlısı ilə barışdı
-
30 gün gül yağı qoxlayın, faydası çoxdur
-
Paltardakı tonal krem ləkəsini necə təmizləmək olar?
-
Peyk Analizi: İranın "Üzən bazası" alovlar içində
-
ABŞ: "Oman körfəzində İranın heç bir gəmisi qalmadı"
-
Qlobal bazarlarda "Müharibə həyəcanı": Neft bahalaşır, aksiyalar ucuzlaşır
-
Dünya iqtisadiyyatına ağır zərbə: İran Hörmüz boğazını bağladı
-
Əməkdar artist xanımı və qızı ilə - FOTO
-
Netanyahu 9 nəfərin öldüyü bölgədən danışdı: "Trampla dünyanı xilas etdik"
-
ABŞ və İran arasında müharibəni başladan həmin o detal
-
Küveytdə vurulan təyyarə, sağ çıxan qadın pilota təşəkkür mesajı
-
"Köhnə kişilərdənəm, o qadına qul kimi baxıram"
-
Son iki saatda İrandan daha 50 nəfər təxliyə edilib - YENİLƏNİB
-
Ruslan Ataşlıya vəzifə verildi
-
Bu gün Od çərşənbəsidir
-
Günün qoroskopu: Pul qazanmaq üçün addımlar ata bilərsiniz
-
"Görünməz nömrə" həvəsi baha başa gələ bilər: Sürücülər ehtiyatlı olsun - VİDEO
-
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
-
Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti pisləşdi
-
Panamanın xarici işlər naziri Azərbaycan səfirini qəbul edib - FOTO
-
Peyk görüntüləri: Dubay səmasında qara tüstü - FOTO
-
Aparıcının sualından sonra ürəyində problem yarandı





