Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Azərbaycan teatrın yaranmasının 140 illiyi münasibətilə ölkə prezidenti tərəfindən fəxri ad alan və tərəqqi medalına layiq görülənlər arasında Lənkəran teatrının da iki aktyoru var: Təvəkkül Əliyev və Sücəddin Mirzəyev.
İyunun 25-də Heydər Əliyev sarayında keçirilən təntənəli mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlham Əliyevin Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə fəxri ad verdiyi teatr xadimlərinin adlarını açıqladı. Lənkəran Dövlət Dram Teatrının aktyorları, əməkdar artist Təvəkkül Əliyev "Tərəqqi"
medalı, Sücəddin Mirzəyev isə respublikanın "Əməkdar artisti" fəxri adına layiq görüldülər. Sevincini bölüşən Təvəkkül Əliyev bildirdi ki, belə bir sarayda, belə bir gecədə lənkəranlı aktyorun adının çəkilməsi, həm də birdən iki nəfərin adının çəkilməsi möhtəşəm bir şey idi: "Həm teatrımız üçün, həm bizim üçün. Bu uğur təkcə bizim yox, teatrın yox, bütünlüklə Lənkəran xalqınındır".
Sücəddin Mirzəyev isə öz hisslərini bu cur ifadə etdi: "Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev səhnəyə çıxır prezidetin fərmanını oxuyur və bu oxuduğu insanlar içində öz adımı eşitdim. Dövlətimizin başçısına mən minntədaram ki, mənim teatrda olan zəhmətlərimi nəzərə alıb, mənə belə bir fəxri adı layiq gördülər".
Bu ilin onlar üçün uğurla başladığını deyən sənətkarlar yaradıcılıq planlarından da danışdılar. Təvəkkül Əliyev bildirdi ki, Moskva kanalı onu seriala çağırıb, daha sonra "Kabusun kölgəsində" filmində çəkilir: "Həmin serial yay mövsümünə çıxdı. İndi mən daha bir seriala çəkilirəm. "Qanun naminə" filminə çəkiləcəyəm, bir də avqust ayında bir serial başlayacaq. Başqa bir film də var "Qarabağnamə". Orada Molla Pənah Vaqifin rolunu ifa edəcəm".
Sücəddin Mirzəyev də yaradıcılıq planlarından danışdı: "Hal-hazırda "Sevginin göz yaşları" serialına çəkilirəm. Teatrda isə "Əcnəbi kürəkən" tamaşasını oynayıram".
Ancaq bu gün gənclərin teatra maraqlarının zəif olması peşəkar aktyorlarda təəssüf hissi doğurur. Təvəkkül Əliyev dedi: "Bu gün bir məsələ də var ki, son zamanlarda gənclərin teatra marağı azalıb. Bu gün inistutdan əlavə yeni kurslar açılıb, gənclərin arzusu çoxdur. Amma çox təəssüf ki, onlar yalnız bu kurslarla kifayətlənməmlidirlər.
Onlar bu kurslarda tam ixtisaslaşa bilmirlər və atılırlar peşəkar səhnəyə".
Sücəddin Mirzəyev isə əlavə etdi: "Mənim də belə bir qayğım var ki, gənclərin teatra gəlişi zəifləyib. Bizim teatrın direktoru İslam Həsənov teatrda gənc nəslin yetişməsi üçün studiya yaratı və bu studiyaya, doğurdan da, gənclər gəldi. İndi teatrda həmin studiyanın yetirmələri çalışırlar. Məlum şeydi ki, teatra axın azalıb. Bunun da bir sıra səbəbləri var. Kimisi rejissoriyanın zəifliyi, kimisi aktyorların qeyri-peşəkarlığı və s. Kimisi də ictimai mühitlə bağlıyır".
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Lənkəran teatrının iki aktyoru mükafat və fəxri adla təltif olunub - VİDEO
11 İyul 2013 15:27
Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
“Kino Lent” – kino musiqisinin sehrli axşamı - FOTO
-
Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisinin açılışı baş tutub – FOTO
-
Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib – FOTO
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktrisa İlqarə Tosovanın 60 illik yubileyi qeyd olunub
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası 2025-ci il üçün hesabat məqaləsini təqdim edir!
-
Bakıda “Avropanın İrsi” mövzusunda iki günlük yaradıcı vorkşop başa çatdı - FOTO
XƏBƏR LENTİ
-
Bülbül yuvası: Şərbətli şirniyyatların ən zərif forması
-
Dəsmalların ömrünü uzadan 5 qızıl qayda
-
Hərbi xidmətdən qayıdan əsgərin anasına sürprizi KÖVRƏLTDİ - VİDEO
-
İftar süfrəsi üçün ləzzətli və zəngin menyu TƏKLİFLƏRİ
-
"Pikaçu"nu səsləndirən O, İMİŞ... - VİDEO
-
Dünyada ən çox uşaq doğan QADIN - FOTO
-
Eyyub Yaqubov tanınmaz halda - gənclik illərindəki... - VİDEO
-
Çatdırılma robotları yayılır, vandallıq artır: Texnologiya insan faktoruna qarşı
-
Qızılın saxta olub-olmadığını ev şəraitində belə bilmək olar
-
Rəqsanənin əri: Üstünə qışqırmışam ki...
-
Real yol şəraitində 500 km məsafəni aşan elektrikli avtomobillər
-
Bəzi ərazilərdə fevralın 23-də qaz kəsiləcək
-
Faciəvi şəkildə ölən Məhəmməd tələbə imiş - YENİLƏNİB
-
“Real Madrid” “Osasuna”ya məğlub oldu - La Liqa
-
Dəsmalları və yataq dəstlərini niyə birlikdə yumamalıyıq?
-
Türkiyə Super Liqası: “Qalatasaray” məğlub oldu
-
Günün qoroskopu: Ünsiyyət bacarığınız ən yüksək səviyyədə olacaq
-
4 milyon dollarlıq dələduzluğun qurbanı oldu: "Məndə pul bitməz, azalar"
-
Yeni komandası bəlli oldu
-
Pezeşkian meydan oxudu: "Boyun əyməyəcəyik"
-
Futbol oynayarkən vəfat edən Təbrizin FOTOSu - YENİLƏNİB
-
Özgü Namal onunla sevgilidir - FOTO
-
Lənkəranda kişi arvadını qətlə yetirdi
-
Şəhid mayorun atası vəfat etdi





