Aktyor Bəhruz Vaqifoğlunun Milli.Az-a müsahibəsi.
- Bəhruz, siz rejissorluğu bitirmisiniz, heç film çəkmək fikriniz olmayıb?
- Mən Musiqili teatr rejissoru fakültəsini bitirmişəm, ona görə də teatrda quruluş verməyi ixtisasıma daha yaxın bilirəm. Artıq Azərbaycan Dövlət Pantomima Teatrında "Dejavü", "Qaranlıq", "Unutmayaq" və "No comment " adlı tamaşalarda aktyorluqdan əlavə həm rejissor, həm də rəssam kimi özümü sınamışam. Amma bir neçə qısametrajlı film ssenariləri yazmışam ki, bu ssenarilərin rejissoru olmaq və onları çəkmək istərdim. Öz yazdığım ssenarilərə, şeirlərə və hekayələrə qarşı qısqancam (gülür). Öz yazdığımı yalnız, öz yazdığım kimi özüm çəkə bilərəm. Başqa rejissor öz düşündüyü kimi, özünə yaxın bildiyi kimi çəkəcək. Bu isə mənim ssenarim, mənim düşüncələrim kimi olmayacaq. Necə deyərlər film 3 dəfə doğulur: ssenari yazılanda, çəkiliş meydançasında və montaj masasında. Mən belə düşünürəm ki, bu üçünü bir sənətçi etsə, film də bir dəfə doğular.
- "Çölçü" filmində yaratdığınız obraz ilə oxşar cəhətləriniz var?
- Əlbəttə ki, var. İndiyə qədər oynadığım filmlərdə özümə ən yaxın hiss etdiyim obraz "Çölçü"dür. Mən bu filmdə, demək olar ki, elə özüməm. Yazdığım bu şeirlə sualınıza olan cavabımı tamamlamaq istəyirəm:
Bir çölçünün həyatında çöl kimiyəm,
Özüm çölçü öz içimdə çöl kimiyəm.
Öz çölümdə çöllənirəm,
Öz içimdə çöllənirəm.
Nə qədər daş, qayaya rast gəlirəm,
Bir daş altda, bir daş üstdə.
Mən altdakı daş kimiyəm,
Başı daşlı daş kimiyəm (gülür).
- Gənc olsanız da qısa zaman içərisində həm teatrda, həm də filmdə tanındınız. Bunu necə bacardınız?
- Ustadım Bəxtiyar Xanızadənin bizə tövsiyə etdiyi bir söz var: "Başınızı aşağı salıb işinizlə məşğul olun".
- Çəkdiyiniz zəhmətin qarşılığını görürsünüz?
- Gəlin söhbətimizi kədərli notlarla kökləməyək.
- Əsasən, teatrda rol oynayan aktyorlar seriala, filmə çəkilərkən "teatralni" oynayırlar. Bu oyun tərzi də rejissorları qane etmir. Siz necə, belə çətinliklərlə rastlaşmısınız?
- Siz "teatralni" oyun deyirsiniz, bunun rejissorlar tərəfindən bəyənilmədiyini iddia edirsiniz. Mən isə əksinə düşünürəm. Məhz filmlərdə maraqlı obrazlar "teatralni" oyun nümayiş etdirən aktyorlardadır. Yadınıza salın ki, "O olmasın, bu olsun", "Ulduz", "Əhməd haradadır?" lap elə mənim çəkildiyim "Vəkil hanı?" filmi "teatralni" oyunlar üzərində qurulub. Hal-hazırda durmadan inkişaf edən türk film və serialları da məhz "teatralni" oyunlarla sevilir. Misal üçün, "Kurtlar Vadisi" serialını deyə bilərəm ki, İsgəndər, Muro, Kara, Zaza, Memati və s. obrazlar yüksək səviyyəli "teatralni" oynayırlar. Filmlər də məhz bu cür oyun nümayiş etdirən aktyorların və onları gözəl təqdim edən rejissorların hesabına izlənir, maraqla qarşılanır.
Məncə, sizin "teatralni" oyun kimi nəzərdə tutduğunuz oyun, filmin heç sevmədiyi şişirdilmiş, geniş hərəkətli, əllərin qolların idarə olunmadığı, hərəkətlərin və danışığın bir-birinə ahəngdar olmadığı oyun tərzidir. Mənim çalışdığım Pantomima Teatrının hal-hazırkı səhnəsi tamaşaçılara çox yaxındır. Bu da bizim aktyorlara daha geniş hərəkətli və yüksək səsli oyunlardan daha çox xırda oyunlarla oynamağı tələb edir. Belə olduğu halda biz həm də film aktyorları kimi özümüzü formalaşdırırıq.
- Çəkildiyiniz "Dərvişin qeydləri" və "Vəkil hanı?" filmlərini necə analiz edə bilərsiniz?
- Hər ikisi dedektiv filmdir. Fərq zaman və janr fərqidir. Kinoşünas olmadığım üçün bundan artıq analiz edə bilmərəm. Çünki lazım olmayan bir fikir söyləyə bilərəm.
- "Vəkil hanı?" filmində qadın obrazını yaratmısınız. Bu obrazı yaratmaq sizin üçün çətin olmadı ki?
- Əlbbəttə ki, çətin oldu. Düşünürəm bundan sonra nə oynasam da, bu obrazdan çətin olmayacaq. Bu filmdən sonra düşündüm ki, hər halda kişi olmaq qadın olmaqdan asandır (gülür).
- Düşünürsünüzmi ki, bu film efirə gedəndən sonra bir çox komplekslər yaşayasınız?
- Bu barədə filmə çəkilməmişdən qabaq düşünmüşəm. Mənim kompleksə düşməyim üçün isə heç bir səbəb yoxdur. Axı mən aktyoram.
- Pantomim Teatrı yeganə teatrdır ki, gənclərin əlindədir, bu teatrda gənclər üstünlük təşkil edirlər. Necə bilirsiniz, bundan sonra gələn gənclər də teatrı sizin kimi yaşada biləcəklərmi?
- Heç kim və heç nə əvəzolunmaz deyil.
- Alsunun klipinə də çəkilmisiniz. Bu klipə sizə necə dəvət gəldi? Yəqin ki, qonorardan razı qaldınız...
- Artıq Azərbaycanda bir çox prodakşınlar var və hər bir aktyorun orada şəkilləri və onlara aid məlumatlar var. Məni də belə bir prodakşınlardan biri bu iş üçün dəvət etdi və sınaq baxışından sonra təsdiqləndim. Mənə elə gəlir ki, Azərbaycanda hər hansı bir bədii film, qısametrajlı film, serial, klip, reklam, rolik və s. çəkmək üçün hər hansı bir büdcə ayrıldığında, bu büdcəni simetalara bölüb məkanın, işığın, kranın, kameranın, arabanın, relslərin, və s. hər birisinin qonorar hesabını ayırdıqdan sonra aktyor yada düşür ki, onda da artıq büdcə boşalmış olur (gülür). Bu, mənim şəxsi fikirimdir, bəlkə də mənə elə gəlir.
- Bəhruz, sevib ailə həyatı qurmusunuz? Xanımınız necə, o da sizin kimi sənət adamıdır?
- Yaradıcı insanlar hislərlə bağlı olan insanlardı. Onlar öz hisslərini aldatmış olsalar, ömrü boyu əzaba düçar olmuş olarlar. Mən onu əvvəl gizlin, sonra aşkar çox sevmişəm. Şükür ki, qarşılıqlıdır. O, universitet tərkibində T.O.T.E.M. teatr qrupunun yaradıcısı və bədii rəhbəridir.
- Hazırda hansı film və seriallara çəkilirsiniz?
- Hal-hazırda heç bir seriallarda yoxam və çalışıram da ki, olmayım. Mən bədii və qısametrajlı filmlərdə olmağa üstünlük verirəm. Şükür ki, alınır da. Artıq Oqtay Mirqasımovun "Günaydın mələyim", Rövşən Almuradlının "Cavad xan" (epizod) Ülviyyə Könülün "Vəkil hanı?", Şamil Əliyevin "Çölçü" , Andre Badalonun "Bakı mən səni sevirəm" (baş rol) filmlərində oynamışam. Hal-hazırda Eldar Quliyevin "Dərvişin qeydləri" filmində Mirzə Murad obrazını canlandırıram. Filmin çəklişləri hələ də davam edir.
Əli Novruzəliyev
Milli.Az
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanlı aktyor: "Mən onu əvvəl gizlin, sonra aşkar çox sevmişəm..." - FOTOSESSİYA
30 Avqust 2012 02:00
0 Şərh
Baxış: 5 055

DİGƏR XƏBƏRLƏR
-
Cavidan Nəbiyevə yüksək vəzifə verildi
-
Bakı klassik və müasir rəqs ritmində – bir anda üç möhtəşəm dünya hadisəsi – PODKAST - VİDEO
-
Ramiz Rövşənin səhhətində problem yarandı
-
Xalq artisti ölkədən kimə görə GETDİ?
-
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti Şamil Süleymanlı ilə MÜSAHİBƏ - FOTO
-
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub - FOTO
XƏBƏR LENTİ
-
Dənizə gedənlərdə xəstəlik riski - Təhlükə saçan çimərliklər ifşa olundu
-
150 minə yaxın poverbank geri çağırıldı - SƏBƏB
-
Günün qoroskopu: Fırtınalardan sonra sükunət daha qiymətli olur...
-
“At gücü” - klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirilib - FOTO
-
"Xanımım, övladlarım, gəlinim dedi ki, getmə..."
-
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin etdi
-
"O, böyük dövlətin əsl lideridir" - Putindən Cinpinə
-
Bu qidalar kişilər üçündür
-
Yamaldan azərbaycanlı futbolçunun "Barselona"ya transferinə REAKSİYA - FOTO
-
Taksilərin qiyməti artıb?
-
Türkiyənin İsrail qərarı böyük gərginliklərin qapısını açacaq...
-
"Qarabağ"la adı hallanan hücumçu "Lill"in qapısına penaltini vura bilmədi - VİDEO
-
Kamilə Babayeva xeyli arıqladı - tanımaq olmur - VİDEO
-
Sosial şəbəkələrdən gizli izləmə cihazları alanlara XƏBƏRDARLIQ - VİDEO
-
Şamaxıda COP29 İqlim Dəyişmələri üzrə ikinci Yay Düşərgəsi başa çatıb - FOTO
-
Mətanət İsgəndərli plastik əməliyyatdan sonra ilk dəfə - VİDEO
-
Ağcabədidə yanğın: heyvanlar tələf oldu, xəsarət alan var
-
Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib - FOTO
-
Elnarə Abdullayevanın bloger qızı - FOTO
-
"Komandanı toparlamağa çalışacağıq" - Adil Şükürov
-
Xocalıda yanğın olub
-
Azərbaycanla bağlı mənə göstəriş verilib ki... - İran səfiri
-
"Həmin müğənnilər də narkotik aludəçisidir" - VİDEO
-
Bu ölkənin qızılını alarkən ehtiyatlı olun