Mədəniyyət

Bakıda “Barabba” adlı Pasxa müziklı təqdim olunacaq

19 Aprel 2025 14:46
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yazın ruhani və mənəvi baxımdan ən əlamətdar tədbirlərindən biri Muslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında (Kirxa) baş tutacaq - "Barabba" adlı Pasxa müziklı 20 aprel bazar günü, saat 18:30-da tamaşaçılara təqdim olunacaq. Bu təsirli və düşündürücü axşam "Vineyard Azerbaijan" xristian dini icmasının təşəbbüsü ilə keçirilir.

Səhnədə bağışlanma, sevgi və fədakarlıq haqqında əbədi bir hekayə diriləcək. Bu, Tanrının Barabbanı - hər birimizin əks etdirən simvolunu - azad etdiyi, İsa Məsihi isə bəşəriyyətin xilası naminə qurban verdiyi bir həqiqətdir. Bu müzikl tamaşaçını Pasxa həqiqətinin dərinliklərinə aparmaq, ruhu oyatmaq və könülləri nura qərq etmək məqsədi daşıyır.

Pasxa - sevincin, ümidin və mənəvi yenilənmənin bayramıdır. Bu müqəddəs gün, çarmıxa çəkilmiş İsa Məsihin üçüncü gün möcüzəvi dirilməsi ilə yadda qalır. Müqəddəs İncilə əsasən, bu hadisə insanlığın günahlarının bağışlanması, həyatın ölüm üzərində, yaxşılığın pislik üzərində, işığın isə qaranlıq üzərində zəfərini simvolizə edir.

Bayram süfrəsinin əsas atributları - rəngli boyanmış yumurtalar, kəsmikli pasxa və kuliç - bu müqəddəs günün rəmzləri kimi xalq arasında dərin mənaya malikdir.

Maraqlıdır ki, bu il səkkiz ildən sonra ilk dəfə pravoslav və katolik Pasxası eyni günə təsadüf edir. Sonuncu dəfə bu mühüm hadisə 2017-ci ildə baş vermişdi. Qərb və Şərq kilsələrinin Pasxanı müxtəlif tarixlərdə qeyd etməsi, onların fərqli təqvimlər - qriqorian və yulian - əsasında hərəkət etmələri ilə bağlıdır. Bu il isə dünya üzrə 2 milyarddan çox imanlı xristianlığın ən müqəddəs bayramını birgə qeyd edəcək - bu isə həm mənəvi həmrəylik, həm də ümumbəşəri dəyərlərin təntənəsi deməkdir.

Giriş sərbəstdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.