Gürcüstan artıq sığınacaq yeri deyil
Gürcüstan hökuməti siyasi sığınacaqla bağlı qanunları sərtləşdirməyə hazırlaşır. Hakim "Gürcü Arzusu" partiyası qonşu ölkələrlə münasibətləri pozmamaq üçün Gürcüstanı mühacirlər və müxalif fəallar üçün daha az cəlbedici yerə çevirməyə çalışır. Bir çox jurnalist, hüquq müdafiəçisi və fəal indiyə qədər Gürcüstana sığınırdı. İndi isə qanuna ediləcək dəyişikliklər bu şəxslərin ölkəyə buraxılmamasını və ya daha asan şəkildə ekstradisiya olunmasını mümkün edəcək.
Milli.Az xəbər verir ki, yeni qanun paketi "Beynəlxalq müdafiə haqqında" adlanır və artıq parlamentə təqdim olunub. Daxili İşlər Nazirliyi bu təşəbbüsü "qanunsuz miqrasiyaya qarşı mübarizə" və "sığınacaq sisteminin təkmilləşdirilməsi" ilə əsaslandırır.
Dəyişikliklər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ediləcək. İlk dəfə olaraq qanunvericilikdə əcnəbinin ölkədən çıxarılması və Gürcüstana girişinə qadağa qoyulması cəza kimi nəzərdə tutulacaq. Eyni zamanda, ölkədə qalma qaydalarını pozan xaricilərə tətbiq edilən cərimələr dəfələrlə artırılacaq - bəzi məlumatlara görə bu məbləğ 2-3 min dollar civarında olacaq.

Yeni qaydalar sayəsində viza müddətini keçən və ya ən xırda qayda pozuntusu - məsələn, yol hərəkəti qaydasını pozmaq - törədən əcnəbilər daha asan şəkildə ölkədən çıxarıla biləcək.
Bundan başqa, sığınacaq üçün müraciətlərə baxılma prosesi də sürətləndiriləcək. Məqsəd bu işlərin aylarla uzanmasının qarşısını almaqdır. Hətta yeni qaydalara görə, əgər sığınacaq istəyən şəxsin Gürcüstana girişi təhlükəli sayılarsa, o, sərhəddəcə ölkəyə buraxılmadan geri qaytarıla bilər. Üstəlik, belə qərarı vətəndaşın məhkəmə yolu ilə şikayət etmək imkanı da olmayacaq.
Əslində bu dəyişikliklər gözlənilməz deyil. 2022-ci ildən sonra Rusiya hökumətini tənqid edən jurnalistlər, QHT üzvləri və fəallar Gürcüstana daxil olmaqda çətinlik çəkməyə başlayıblar.
Analitik David Avalişvilinin fikrincə Gürcüstan hökumətini belə bir addıma vadar edən əsas səbəb bu insanların ölkədə qalması yox, onların siyasi sığınacaqla bağlı müraciətlərinə uzunmüddətli baxılması və ekstradisiyanın mümkün olmamasıdır. Onun sözlərinə görə son damla azərbaycanlı jurnalist Əfqan Sadıqovun işi olub. Gürcüstan məhkəməsi doqquz ay ərzində qərar qəbul edə bilməyib və nəhayət onu azadlığa buraxmalı olub.

Qeyd edək ki, hazırda Gürcüstanda qüvvədə olan qanunvericilik 10-15 il əvvəl qəbul edilib. O dövrdə bu qanunlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və Avropa İnsan Hüquqları Məhkəməsinin tövsiyələri əsasında hazırlanmışdı. Gürcüstan həmin vaxt Avropa İttifaqı və ABŞ-nin Cənubi Qafqazdakı əsas tərəfdaşı hesab olunurdu. Lakin son illər Tbilisinin Qərblə münasibətləri ciddi şəkildə gərginləşib - Vaşinqton və Brüssel hakim "Gürcü Arzusu"nu insan haqlarını pozmaqda ittiham edib və bir sıra rəsmi şəxslərə sanksiyalar tətbiq edib. AŞPA isə Gürcüstan nümayəndə heyətinin üzvlüyünü dayandırıb.
Gürcüstanın siyasi sığınacaq və miqrasiya qanunvericiliyini sərtləşdirməsi, əslində, Tbilisinin son illər dəyişən xarici siyasət prioritetlərini əks etdirir. Bu qərar bir tərəfdən region ölkələri - Azərbaycan, Türkiyə, İran və xüsusilə də Rusiya ilə münasibətləri gərginləşdirməmək məqsədi daşıyır. Digər tərəfdən isə, Gürcüstanın artıq Qərblə olan əvvəlki dərin tərəfdaşlıq münasibətlərindən uzaqlaşdığını göstərir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanın 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılır
-
Paşinyan diktatura qurur, Qərb göz yumur
-
Milli Məclisin iclası başlayıb - (Yenilənib)
XƏBƏR LENTİ
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
Bakı–Qazax yolunda məhdudiyyət olacaq: İki marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər





