Mədəniyyət

“Qızıl sap” Heykəltaraşlıq Vorkşopu uğurla başa çatıb - FOTOlar

11 Aprel 2025 14:11
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı və "European Crafts Alliance"ın dəstəyi ilə Avropa İncəsənət və Sənətkarlıq Günləri (EACD) çərçivəsində "Arts Council Azerbaijan" tərəfindən təşkil olunan "Qızıl sap" Heykəltaraşlıq Vorkşopu uğurla başa çatıb. Layihənin kuratoru Aysel Nağıyevadır.

Milli.Az xəbər verir ki, seminarda azərbaycanlı rəssamlar Zamiq Rzayev, Zaur Kərimxanov, Şəhriyar Mərdiyev, Aysel Nağıyeva və Kübra Əmirzadə iştirak ediblər. Onların hər biri dövrlər, xalqlar və bədii ənənələr arasında mədəni əlaqə ideyasını əks etdirən "Qızıl sap" mövzusunun müəllif şərhini təqdim edib.

Yaradıcılıq prosesi zamanı iştirakçılar keçmişlə indinin arasında ifadə və qarşılıqlı əlaqə vasitəsi kimi keramikanın imkanlarını tədqiq ediblər. Onlar ənənəvi sənətkarlıq üsullarını müasir formalarla birləşdirərək, varislik, kimlik və mədəni dialoq mövzularının aydın şəkildə səsləndiyi əsərlər yaratdılar.

Layihə təkcə təcrübə mübadiləsi məkanı deyil, həm də mədəni irsin müasir incəsənətdə rolunun dərk edilməsi üçün mühüm platformaya çevrilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.