Hadisə, Kriminal

"Məni də, avtobusu da vurub qaçdı" - Gəncədə AĞIR QƏZA - VİDEO - FOTO

24 Aprel 2017 17:14
0 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncənin İsmət Qayıbov küçəsində də yol qəzası qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşı tərəfdən gələn avtobusu, daha sonra Gəncə sakini 63 yaşlı Oktay Ələkbərovun idarə etdiyi "VAZ 2103" markalı maşını vurub.

Qəza zamanı avtobusa ziyan dəyməsə də, hər iki VAZ-ın qabaq hissəsi tamamilə yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Şahidlərin sözlərinə görə, "VAZ 2107"-nin sürücüsü qəzadan sonra avtomobildən düşərək hadisə yerindən qaçıb.

Oktay Ələkbərov - "VAZ 2103"-ün sürücüsü: ""07" ötmə əməliyyatını eləmək istədi. Ancaq məni də vurdu, avtobusu da. Düşdü, 5 dəqiqədən sonra qaçdı".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.