Hadisə, Kriminal

Bakıda özünü körpüdən atan gəncin kimliyi müəyyənləşdi - YENİLƏNİB - ANBAAN VİDEO - FOTO

5 Yanvar 2014 16:37
70 Şərh     Baxış: 39 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
16:37

Bakının Sabunçu rayonunda baş verən intihar hadisəsi nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib. 3 saylı Şəhər Klinik Xəstəxanasının morqunda naməlum kimi qeydə alınmış şəxs 27 yaşlı Rəfael Hümbətov imiş. Bu barədə APA TV-yə mərhumun xalası oğlu Anar Əliyev məlumat verib. Anar Əliyevin söylədiyinə görə o, əsəb xəstəliyindən əziyyət çəkib. Ailəsinin ehtimalına görə, o, intiharı da bu üzdən törətmiş ola bilər.  Mərhum ailəli deyil və heç bir yerdə işləmir.

Qeyd edək ki, Rəfael Hümbətov əslən qərbi Azərbaycandandır. O, yanvarın 4-ü, gecə saatlarında "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxaraq intihar edib. Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım xidməti əməkdaşlarının hər cür yardımından imtina edən Rəfael Hümbətov həkimlərlə heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

---------
13:16

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını söyləyib. APA TV-nin xəbərinə görə, ətrafdakılar Fövqəladə Hallar Nazirliyinə və polisə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikirdən dönməyə çağırıblar. Lakin kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.
 
Təxminən 20 yaşlarındakı gənc təcili yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.  Xəstəxanadan APA TV-yə verilən məlumata görə,  şəxsiyyəti müəyyənləşdirilməyən gəncin həyatını xilas etmək mümkün olmayıb. 3 saylı klinik xətəxanadan bildirilib ki, şəxs "naməlum" adı ilə qeydiyyata götürülüb, vəziyyəti ağır olduğuna görə, reanimasiya şöbəsinə köçürülüb və orada keçinib. Fövqəladə Hallar Nazirliyi də baş verən hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb. Şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd edilib. Amma heç bir psixoloji bağlantıya girməyən gənc intihar niyyətini həyata keçirib.
 
Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Elçin Hüseynlinin APA TV-yə verdiyi məlumata görə, hələlik özünü atan şəxsin kimliyi araşdırılır. Müstəntiq bildirib ki, meyitin üzərindən götürülən telefon nömrəsi ilə də onun yaxınlarıyla əlaqə saxlamaq mümkün olmayıb. Faktla bağlı aradşdırma aparılır.

--------
08:59

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını bildirib. Ətrafdakılar dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) və polisə bu barədə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikrindən dönməyə çağırıblar. Lakin kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.
 
Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.  Xəstəxanadan APA-ya verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb.
 
X X X 

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda gecə saatlarında gənc oğlanın körpüdən atılaraq intihar etməsi ilə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin  intihar etmək məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
 
Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.
 
Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib. O, körpünün qoruyucu dirəklərinə dəyərək təhlükəsizlik yastığının üzərinə düşüb və dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

---------
02:02

Bakıda az öncə intihar hadisəsi baş verib.

Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Koroğlu" metrostansiyasının yanındakı dairəvi Əzizbəyov körpüsünə gənc bir oğlan çıxaraq canına qəsd edib.

Yüzlərlə adamın və polislərin kömək cəhdlərinə baxmayaraq oğlan özünü atıb.

Ceyhun Ələkbərov
Milli.Az


-----------
13:16



----------
10:45



-----------
08:59

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.