Hadisə, Kriminal

Bakı məktəbində dərs zamanı faciə - YENİLƏNİB

10 Yanvar 2013 14:46
0 Şərh     Baxış: 1 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14:46

Binəqədi Rayon Prokurorunun köməkçisi Bəsti Emçiyeva Milli.Az-a bildirdi ki, hadisə mini-futbol üçün quraşdırılmış qapının uşağın üzərində aşması nəticəsində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin vəzifəli şəxsin işə vicdansız yanaşması və laqeyd münasibəti nəticəsində etdiyi səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (314.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

----------
14:32

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızı Milli.Az-a açıqlamasında bildirdi ki, hadisə idman dərsində baş verib. Məktəbin 5-ci sinif şagirdi 10 yaşlı Elmir Babaşov mini-futbol meydançasının qapısından turnik kimi istifadə edərkən dirək aşıb. Başından ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılarkən yolda keçinib.

Sektor müdiri qeyd etdi ki, hadisə ilə bağlı idarənin rəhbərliyi də hadisə yerində olub: "Çox üzücü hadisədir. Bütün məktəb şok içərisindədir. Mərhum məktəblinin ailəsinə, məktəb yoldaşlarına başsağlığı veririk".

Qeyd edək ki, Elmir ailənin böyük oğlu idi. Onun özündən kiçik qardaşı da 182 saylı məktəbin 2-ci sinfində oxuyur.

---------
14:21

Binəqədi Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır. Müstəntiq hadisə şahidlərini dindirir. 

---------
14:16

Əldə etdiyimiz digər məlumata görə, dünyasını dəyişən məktəbli 5e sinif şagirdi Elmir Babaşovdur. O, ştanqanı qaldırarkən ağırlıq daşı başına düşüb. Şagird səhər növbəsində oxuyurmuş.

Hadisə təxminən 11:00 radələrində baş verib.

Digər uşaqlar evə buraxılıblar və hətta ikinci növbənin dərsinə gələn şagirdləri geri qaytarıblar.

---------
14:04

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Binəqədi qəsəbəsində yerləşən 182 saylı məktəbdə 5-ci sinif şagirdi idman dərsində həyatını itirib. O, ağır çəki daşı qaldırarkən yük onun üstünə düşüb. 

Məktəbli aldığı xəsarətdən dünyasını dəyişib.

İlkin versiyaya görə, məktəblinin boynu sınıb.

Hazırda prokurorluq və polis əməkdaşları məktəbdə araşdırma aparırlar. 

Anar Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.