Kriminal

Toydan evə qayıtdı, şok keçirdi - VİDEO - FOTO

29 Sentyabr 2016 18:40
0 Şərh     Baxış: 8 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadın Seyidbazar kəndində oğurluq faktı qeydə alınıb.

Hadisə kənd sakini Namiq İsmayılovun yaşadığı mənzildə baş verib.

ARB Cənub xəbər verir ki, oğurluq hadisəsi gecə saatlarında, Namiq İsmayılov evdə olmadığı zaman baş verib. Zərərçəkənin sözlərinə görə, o, ailəsi ilə birlikdə qohumlardan birinin toy mərasimində iştirak ediblər. Toy bitdikdən sonra evinə qayıdan ev sahibi mənzilin qarət olunduğunu görüb.

Zərərçəkən Namiq İsmayılov: "Birin yarısında evə gəldim və gördüm ki, şüşəni sındırıb evə giriblər. 5 min 500 manat pul və bir də həyat yoldaşımın qızıllarını aparıblar."

Ev sahibi deyir ki, oğrular darvaza bağlı olduğundan, həyətə hasarı aşaraq daxil olublar. Sonra pəncərənin şüşələrini sındıraraq mənzildə axtarışa başlayıblar. 

Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Toydan evə qayıtdı, şok keçirdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.