Kriminal

Saxlanılan qadın klinika rəhbəri azadlığa buraxıldı

28 May 2016 17:01
0 Şərh     Baxış: 2 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə saxlanılan "LazerMed" klinikasının rəhbəri Mehparə Məmmədova sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya onun vəkili Cavid Rzazadə məlumat verib.

Vəkil bildirib ki, müdafiə tərəfi istintaqa Mingəçevir şəhər məhkəməsinin 23 may tarixli qətnaməsindən çıxarışı təqdim edib. Fəyyaz Məmmədovun şikayətinin sırf mülki mübahisə xarakterli olduğu və hər hansı bir cinayətin olmadığı təsbit olunub. Bununla da iş adamı Mehparə Məmmədova barəsində olan tutulma qərarı ləğv edilib və o, azadlığa buraxılıb. Fəyyaz Məmmədovun ittihamlarının əsassız olduğu müəyyən edilib.

Vəkil qeyd edib ki, yaxın günlərdə cinayət işinə bəraətverici əsaslarla xitam veriləcəyi gözlənilir.

Qeyd edək ki, Fəyyaz Məmmədov Mehparə Məmmədovaya məxsus Badamdar qəsəbəsində yerləşən klinikanı almaq üçün ona 50 min manat beh verib. Sonra isə pulun qalanını ödəyə bilməyib. Bundan sonra behinin geri qaytarılmasını tələb edib. Dekabr ayın polisə müraciət edib və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Fevral ayında müdafiə tərəfi Mingəçevir şəhər məhkəməsinə müraciət edərək mülki qaydada iddia qaldırıb. Məhkəmə Mehparə Məmmədovanın xeyrinə  qətnamə çıxarıb və qeyd olunub ki, 50 min manat Mehparə Məmmədovada qalsın, ona dəyən maddi ziyana görə Fəyyaz Məmmədovdan 4 min manat tutulsun.

Bu qərardan sonra istintaq orqanı Mehparə Məmmədova haqda çıxarılan axtarış qərarına əsasən mayın 26-da onu saxlayaraq Nərimanov RPI-nin Müvəqqəti Saxlanma Təcridxanasına yerləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.