Kriminal

Taksi sürücüsünün ürəyindən vurdular

1 Avqust 2015 15:29
11 Şərh     Baxış: 4 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Lənkəran şəhərində qətl hadisəsi törədilib.

APA-nın məlumatına görə, hadisə avqustun 1-də günorta saatlarında şəhərin mikrorayon ərazisində qeydə alınıb. Məmməd adlı taksi sürücüsü aralarında olan şəxsi münaqişə zəminində həmkarı, Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərova ürək, qarın boşluğu və digər nahiyələrdən 4 bıçaq zərbəsi vurub.

Yaralı çatdırıldığı Lənkəran Mərkəzi Rayon Xəstəxanasında keçinib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.