Kriminal

Qohumluğa vurulan bıçaq

1 Sentyabr 2014 13:53
0 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bərdədə gənc oğlan anasının qohumuna 6 bıçaq vurdu. Cinayət hadisəsi dünən rayonun Mustafaağalı kəndində baş verib. Rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, 24 yaşlı Şikar Kərimov anasının dayısı oğlu, 45 yaşlı Səyyaf Cəfərovu bıçaqlayıb. O, Səyyafa bıçaqla 6 zərbə vurub. Zərbələrdən 5-ni onun qarnına, birini isə arxa hissəsinə sancıb. 

Cinayətin tam motivi məlum deyil, amma onların ailəvi gediş-gəlişi olduğu bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.