Ölkə

Bakıda tutulan erməninin cinayət işi geri qaytarıldı

23 İyun 2017 16:41
2 Şərh     Baxış: 2 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs M. Ueldanov özü də iştirak edib. Məhkəmə şikayətə baxsa da, işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb. Prosesdə hakim bildirib ki, cinayət işi rus dilinə tərcümə olunmadığı üçün Bakı Apellyasiya Məhkəməsində baxıla bilməz. Hakimin qərarına görə, cinayət işi birinci instansiya məhkəməsində tərcümə edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

M.Ueldanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Ueldanov hökmdən apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Rusiya vətəndaşı M.Ueldanov Bakıda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsilə təqsirli bilinib.

Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov erməni olduğuna görə saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.