Ölkə

Bakıda sürücü ər-arvadı vuraraq hadisə yerindən qaçdı

17 İyun 2017 10:41
0 Şərh     Baxış: 755

Bakıda ər-arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Qaraçuxur qəsəbəsində minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü İbrahimov Pərviz Ədil oğlunu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Abbasova Talehə Məhəmməd qızını vurub.

Nəticədə hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. P.İbrahimov polisə ilkin ifadəsində onların "Opel" markalı avtomobil tərəfindən vurulduğunu bildirib.

Qeyd edək ki, hadisəni törətmiş sürücü ərazidən qaçıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.