Ölkə

Oğlu qətl törədən məktəb direktoru niyə işdən çıxarıldı?

29 Sentyabr 2016 13:27
0 Şərh     Baxış: 1 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oğlu qətl törədən məktəb direktorunun işdən çıxarılmasına aydınlıq gətirib.

Milli.Az bildirir ki, İdarənin İctimaiyyətlə əlaqələr sektorundan report-un sorğusuna cavab olaraq deyilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyeva öz ərizəsi əsasında işdən azad olunub. 

İdarədən bildirilib ki, R.Əliyeva təqdim etdiyi ərizə əsasında təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq, məktəbdə ixtisası üzrə müəllim saxlanılmaqla Bakı şəhəri 191 saylı tam orta məktəbin direktoru vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, R.Əliyeva 2015-ci ilin iyul ayında keçmiş arvadını öldürərək yandıran şəxsin anasıdır. Belə ki, paytaxtın Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan 1981-ci il təvəllüdlü Natəvan Əliyeva 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızıdır.
N.Əliyeva keçmiş həyat yoldaşı, məktəb direktorunun oğlu - 34 yaşlı Əliyev Samir Səməndər oğlu tərəfindən qətlə yetirilərək yandırılıb.
Xatırladaq ki, keçən il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyidi tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. O, üç uşaq anası olub.
Faktla bağlı cinayət işi başlanıb, qətli törədən şəxs həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.