15:31
Lerikdə evə basqın edən qrup 72 yaşlı kişini baltalayıb, oğlunun qulaqlarını kəsib.
Milli.Az Region TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə saat 04 radələrində rayonun Veri kəndində qeydə alınıb.
Ot üstündə əmiuşaqları arasında yaranan mübahisə nəticəsində kütləvi dava baş verib. Kənd sakini 72 yaşlı Hüseyn İsiyevin evinə hücum edən şəxslər balta ilə ona çoxsaylı xəsarət yetirib, 42 yaşlı oğlu Rəfael İsiyevin isə hər iki qulağını kəsiblər.
Rəfael İsiyevin sözlərinə görə, hücum edənlər qardaşı uşaqları - Zamin, Şahrza, Bəybala İsiyevlər və qonşuları Sulduz, Eldost, Sakit Əliyev qardaşlarıdır. Yaralılar səhər saat 09:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Emin Səfərov - həkim-travmatoloq: "Xəstələrdən birində hər iki xarici qulaq seyvanının tam travmatik amputasiyası. Digərində isə sağ budun əzilməsi və sol dirsəyin qapalı travması. İndiki vəziyyətləri stabildir. Hər iki qulağı travmatik amputasiya olunmuş xəstənin durumu orta ağır dəyərləndirilir".
-----------
11:26
Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb.
Report-un verdiyi məlumata görə, hadisə otlaq sahələri üstündə gedən münaqişə zəminində baş verib.
Hadisə bu gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə 5 nəfər qonşu hücum edib. Kütləvi dava zamanı iki nəfər ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Lənkəran RMX-dan report-a bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nahiyələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib".
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
-----------
10:52
Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb.
Milli.Az report-a istinadən bildirir ki, hadisə otlaq sahələri üstündə gedən münaqişə zəmnində baş verib.
Kütləvi dava zamanı iki nəfər xəsarət alıb. Onların ata və oğul olduğu bildirilir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Lənkəran RMX-dan sayta bildirilib ki, Lerik rayonundan şəxsiyyəti hələlik məlum olmayan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədinin müxtəlif nayihələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib".
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Milli.Az
------------
15:31
Videonu izləmək üçün şəklə klikləyin: