Ölkə

Oksanaya kim cadu etdi?

29 Mart 2016 15:37
26 Şərh     Baxış: 2 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqqasə Oksana Rəsulova ona cadu edildiyi iddiasındadır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, rəqqasə bu barədə "Qonaq gəl bizə" verilişində danışıb: "Mənə cadu edirlər. Bir ara işlərim gətirmirdi, özümdən tez çıxırdım, aqressivləşirdim. Düşündüm ki, bu,  mən deyiləm. Normal halda bu hərəkəti etmərəm. Əvvəllər caduya əhəmiyyət vermirdim. Amma görürəm ki, insan 180 dərəcə dəyişir. İnsanın işi, hətta ölümü üçün cadu edirlər".

Rəqqasə aparıcının "Cəmiyyətdə söz-söhbət gəzir ki, Oksananın bəzən əsəbləri yerində olmur, özünü idarə edə bilmir" sualını da cavblandırıb: 

"Xeyr, hər zaman əsəblərimə hakim oluram. Məni şər-böhtan qıcıqlandıra bilər. Bəziləri var idi  ki, sənətimlə rəqabət apara bilmədiklərinə görə şəxsi həyatıma müdaxilə edirdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.