Ölkə

Ölkədə biznes tələblərinin sayı azaldılacaq

9 Fevral 2016 13:17
Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İcazələrin sayının azaldılması ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim olunub".

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Lisenziyalar və icazələrin verilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Nazir müavini bildirib ki, gələcəkdə hər hansı yeni lisenziyalaşdırılan fəaliyyət növü təklif olunsa, bu mütləq qanunla təsdiq edilmiş fəaliyyət növlərinin siyahısına daxil edilməlidir: "Həmin fəaliyyət növlərinin siyahısı təsdiq olunub və nazirlik tərəfindən icazələrin sayının optimallaşdırılması istiqamətində təkliflər hazırlanaraq aidiyyatı üzrə Prezident Administrasiyasına təqdim olunub. Çünki qanun layihəsi ilə birlikdə həm lisenziyalaşdırılan fəaliyyət növlərinin, həm də icazələrin siyahısı təsdiq olunmalıdır. Hesab edirəm ki, "Lisenziyalar və icazələrin verilməsi haqqında" qanun layihəsi təsdiq olunandan sonra siyahılar təsdiq olunacaq. Ümumilikdə bu prosesin tənzimlənməsi beynəlxalq təcrübədə qəbul olunan standartlara uyğun şəkildə normaların bu qanunda öz əksini tapması ölkədə biznes mühitin yaxşılaşdırılması istiqamətində atılan böyük addımlardan biri olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.