Ölkə

Qızıl satan anasını öldürən qızın FOTOları

7 Yanvar 2016 11:02
38 Şərh     Baxış: 25 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, hüquq mühafizə orqanları "Qızıl Məryəm"i öldürən şəxsin elə öz qızı Günel Hüseynovanın olduğunu açıqlayıb.

Milli.Az bildirir ki, Qafqazinfo anasını öldürməkdə ittiham olunan Günel Hüseynovanın fotolarını əldə edib. Şahidlərin sözlərinə görə, ana ilə qızı tez-tez pul üstündə mübahisə edirmişlər.

Mərhumun qızı bir neçə geyim mağazasının siması olub, 6 yaşlı qız övladı var.

Qeyd edək ki, hadisə yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında baş verib.

Günel Hüseynova izahatında evdən anasına məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.

Xatırladaq ki, Məryəm Namədzadə Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.