Ölkə

Futbolçuların adına irad tutdular

3 Noyabr 2015 13:52
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Topaz Premyer Liqasında çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı AFFA-ya müraciət edəcək.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya deyib ki, yerli çempionatda çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının əcnəbi dildə yazılması doğru deyil: "Biz bu məsələ ilə bağlı AFFA-ya məktub göndərəcəyik. Təbii ki, beynəlxalq oyunlar istisnadır. Yerli çempionatda elektron tabloda futbolçunun adı Azərbaycan dilində, amma formada əcnəbi qrafikada yazılır. Bu, doğru deyil".

Q. Məhərrəmli qeyd edib ki, ölkədə Azərbaycan dili 22 sahədə tətbiq olunur: "Bununla bağlı məsələ qaldırılacaq. Qurban Qurbanov Ukraynada mətbuat konfransında Azərbaycan dilinə danışmışdı. Bu çox yaxşı hal idi. Biz İnstitut adından ona məktub da göndərmişdik. Bu məsələni diqqətdə saxlayacağıq".

Qeyd edək ki, Topaz Premyer Liqasında çıxış edən "Neftçi"nin formasında "Qurbanov" soyadı "Gurbanov", "Xəzər Lənkəran"-ın formasında "Elşən" adı "Elshan" kimi yazılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.