Ölkə

Bakıda müəmmalı intihar

2 İyul 2015 18:04
4 Şərh     Baxış: 2 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 3, ev 15 ünvanında qeydə alınıb.
 
Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Firuz Balahüseyn oğlu Dadaşov özünü qaz borusundan asaraq, öldürüb.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az-ın əldə etdiyi məlıumata görə, F.Dadaşov iki uşaq atasıdır. Kasıb həyat tərzi keçirsə də, ciddi problemi olmayıb. Bu gün ailə üzləri onun evdə olmadığını görüb həyətə çıxıblar. Elə evin darvazasındakı qaz borusunda onun asılmış meyitini görüblər. 
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Gülər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.