Ölkə

Baş nazir vacib QƏRAR imzaladı

8 Aprel 2025 18:29
Baxış: 4 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi qaydasına dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Belə ki, mövcud qanunvericiliyə əsasən, yuxarıda nəzərdə tutulan tədbirləri Sosial Xidmətlər Agentliyi həyata keçirir. Agentlik bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitə dair sifarişi Fondla razılaşdırmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Yuxarıda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyin bank hesabına köçürülür.

Əvvəlki il Dövlət Sosial Müdafiə Fondu tərəfindən köçürülən vəsaitlər üzrə xərclərə dair Nazirliyin təsdiq etdiyi formada hesabatı, habelə görülən işlərə dair məlumatları Agentlik hər il fevralın 1-dək Fonda təqdim edir.

Yeni qərarla bu vəzifə və səlahiyyətlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə də aid ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.