Avto

Lexus hələ susur - FOTOSESSİYA

23 Noyabr 2014 13:55
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lexus şirkəti Los-Anceles avtosalonunda LF-C2 adlı konseptual kabriolet təqdim edib. Prototipin qabarit uzunluğu 4715 mm, eni 1840 mm və hündürlüy 1385 mm təşkil edir. Onun təkər bazası haqqında məlumat verilmir. LF-C2 mühərrik qamması da məlum deyil.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, konseptual kabrioletin təchizat siyahısına 20 düymlük təkər diskləri, işıqdiod əsas işıq faraları və həmçinin qabaq kürsülər arasında avtomobilin multimedia sisteminin idarəedilməsini həyata keçirən taçpəd daxildir.

Lexus şirkəti LF-C2 kabrioletinin seriya versiyasının hazırlanacağı haqqında heç bir məlumat açıqlamayıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.