Avto

"BMW" öz avtomobillərinin adını dəyişəcək

4 May 2024 11:00
Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın BMW şirkəti daxiliyanma mühərrikli avtomobillərinin adından "i" hərfini çıxarmaq qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə brendin baş vitse-prezidenti Bernd Kerber "BMW Blog"a danışıb.

Müvafiq qərar qarışıqlığın qarşısını almaq məqəsdilə qəbul edilib. Məsələ burasındadır ki, BMW əvvəllər öz elektrik avtomobilləri xəttini eyni şəkildə adlandırırdı. Beləliklə, "i" hərfi markanın həm benzin, həm də elektriklə işləyən avtomobillərini ifadə edirdi. Nəticədə şirkət dizel mühərrikli avtomobillər üçün "d" postfiksini, hibridlər üçün "e" hərfi və elektromobillər üçün "I" hərfini saxlamaq qərarına gəlib.

70-ci illərin sonlarında BMW benzinli avtomobillərin adında "i" hərfi peyda olub. Bu mühərrikə yanacağı ötürən injektor sisteminin mövcudluğunu göstərirdi. Şirkət qeyd edib ki, indi bu ad heç bir məna kəsb etmir, çünki karbüratörlü avtomobillər artıq istehsal olunmur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.