Dünya

Fransa sahillərində qayığın batması nəticəsində 27 miqrant həlak olub

24 Noyabr 2021 23:00
0 Şərh     Baxış: 594
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyaya çatmaq üçün La-Manş boğazını keçməyə çalışan qayığın Fransa sahillərində batması nəticəsində azı 27 miqrant həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa polisinin bəyanatında bildirilir.

La-Manş və Şimal dənizi hövzəsi prefekturasının saytında yerləşdirilən məlumata görə, fransız xilasedicilər itkin düşən miqrantları axtarır.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter və üç qayıq cəlb edilib. Prefekturadan verilən ilkin məlumatlara görə, qayıqda Böyük Britaniyaya getmək üçün boğazı keçməyi planlaşdıran 50-yə yaxın adam olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.