Dünya

İrəvanda aksiya iştirakçıları metronun işinə mane oldular - VİDEO

24 Noyabr 2021 15:30
0 Şərh     Baxış: 1 274

Ermənistanın paytaxtı İrəvanda yenidən ölkənin Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə "5165" hərəkatının tərəfdarları etiraz aksiyası keçirir və onlar aksiyaya İrəvan metrosundan başlayıblar.

Hərəkat nümayəndələri "Eritasardakan" stansiyasında hər iki istiqamətdə qatarların hərəkətini 9 dəqiqə ərzində dayandırıblar.

İştirakçılar aksiyanın davam edəcəyini bildirib və hər kəsi axşam Respublika Meydanında toplaşmağa çağırıb.

Qeyd edək ki, "5165" parlamentdənkənar partiyası və onun tərəfdarları noyabrın 22-dən İrəvanda Paşinyana qarşı etiraz aksiyası keçirirlər.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.