Nefti ucuzlaşdırmaq planı: Bayden Çin liderinə nə təklif edib... - ABŞ STRATEJİ EHTİYATLARININ QAPISINI AÇA BİLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ prezidenti Cozef Bayden Çin lideri Si Tszin Pinə neftin qiymətini aşağı salmaq üçün ortaq hərəkət planı təklif edib. virtualaz.org xəbər verir ki, bu haqda "South China Morning" nəşri öz mənbələrinə istinadən yazır. Bildirilir ki, təklif ABŞ prezidentinin Çin lideri ilə videokonfrans formatında bu günlərdə baş tutmuş danışıqları zamanı irəli sürülüb.
Təklifə əsasən ABŞ və Çin öz strateji neft ehtiyatlarının "qapılarını birlikdə açaraq" qiyməti kəskin aşağı sala bilər. Bu təklif Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ sövdələşməsində nəzərdə tutulduğundan artıq həcmdə neft hasil etmək çağırışlarını rədd etməsindən sonra meydana çıxıb.

Bildirilir ki, həm Çin, həm ABŞ enerji daşıyıcılarının yüksək qiymətindən ziyan çəkir. Hazırda hər iki ölkənin energetika nazirlikləri təklifin detallarını müzakirə edir. Çin tərəfi hələlik konkret öhdəliklər götürməyib və öz daxili tələbatını nəzərə alaraq hərəkət edəcəyini bildirir.
ABŞ-ın strateji neft ehtiyatlarının həcmi hazırda 727 milyon barrel təşkil edir, Çində isə 200 milyon barrelə yaxın ehtiyat neft var. Bu ehtiyatlarının bir hissəsinin bazara çıxarılması dünya bazarında neftin qiymətlərinə ciddi təsir göstərə bilər.
"South China Morning Post" hesab edir ki, ABŞ ola bilsin yaxın günlərdə strateji ehtiyatların bir hissəsini satışa çıxardığını elan edəcək, hətta Pekin onun təklifini dəstəkləməsə belə.

Neftin qiymətlərinin indiki səviyyəsi həm Çini, həm ABŞ-ı qane etmir. Çin iqtisadiyyatı enerji daşıyıcılarının bahalaşmasından ziyan çəkir, çünki bu ölkədə istehsal edilən və dünyanın hər yerinə ixrac edilən malların maya dəyəri artır. Nəticədə Çin mallarına tələbat azalır. ABŞ-da isə neftin sıçrayşla bahalaşması son 30 ildə ən yuxarı inflyasiya həddinə (6.2 faiz) gətirib çıxarıb.
Hasilatın artırılması üçün OPEC+ ölkələrinə göstərilən təzyiqlər nəticə verməyib və ona görə də ABŞ-da strateji ehtiyatların satışa çıxarılması, hətta ölkədən neft ixracının qadağan edilməsi təklifləri səslənir. Lakin analitiklərə görə, ABŞ-ın strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaqla qiyməti uzun müddət aşağı saxlamaq mümkün olmayacaq. virtualaz.org
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
XƏBƏR LENTİ
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız





